Əsas məzmuna keç

ABŞ Yaxın Şərqdəki qoşun sayını artırdı

ABŞ Yaxın Şərqdəki qoşun sayını artırdı

İranla gərginlik fonunda Vaşinqton bölgədəki hərbi kontingentini 50 minə çatdırdı. NYT-nin şok iddiasına görə, Ağ Ev döyüş hazırlığı əmri verib. Bəs müharibə başlayır?

en ru

İranla münaqişə fonunda fevral ayından bəri Yaxın Şərqdəki bazalarındakı qoşun kontingentini təxminən 10.000 əsgər artıraraq 50.000-ə çatdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin İrana qarşı əməliyyatından əvvəl bölgədə , Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40.000 Amerika əsgəri yerləşdirilib.

Hazırda isə bölgədəki ABŞ əsgərlərinin sayı 50.000-i keçib.

Qeyd olunub ki, Yaxın Şərqdəki bütün kontingent tam hazırlığı vəziyyətindədir.

NYT-nin məlumatına əsasən, Ağ Ev İrana qarşı əməliyyatları bərpa etməyə hazır olması ilə bağlı ziddiyyətli siqnallar göndərir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…