Əsas məzmuna keç

ABŞ-də silahlı insident: Ailə faciəsində 3 nəfər öldü

ABŞ-də silahlı insident: Ailə faciəsində 3 nəfər öldü

Şimali Karolina ştatında baş verən silahlı insident nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

en ru

ABŞ-nin Şimali Karolina ştatında baş verən silahlı nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə bölgəsində yerləşən "Prospect Hill" qəsəbəsində qeydə alınıb.

Məlumata görə, səhər saat 08:00 radələrində polisə daxil olan məlumatdan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları göndərilib. Evdə aparılan ilkin araşdırma zamanı 3 nəfərin meyiti aşkar edilib. Yaralanan hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, Duke Universiteti Xəstəxanasına çatdırılıb.

Kasvell bölgəsinin Toni Durden bildirib ki, hadisədə iştirak edən şəxslərin hamısı eyni ailənin yetkinlik yaşına çatmış üzvləridir. Onun sözlərinə görə, ölənlərdən biri silahlı hücumu törətməkdə şübhəli bilinən şəxsdir. Şerif əlavə edib ki, insident evin daxilində baş verib və ictimaiyyət üçün təhlükə yoxdur.

Bildirilib ki, ailə üzvləri ilə bağlı bundan əvvəl hüquq-mühafizə orqanlarına hər hansı müraciət daxil olmayıb. Hazırda hadisənin bütün təfərrüatları Şimali Karolina Ştat İstintaq Bürosunun əməkdaşları tərəfindən araşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…