Əsas məzmuna keç

ABŞ-də silahlı hücum: 2 nəfər ölüb, yaralılar arasında polislər də var

ABŞ-də silahlı hücum: 2 nəfər ölüb, yaralılar arasında polislər də var

Minnesota ştatının Minneapolis şəhərində baş verən silahlı insident nəticəsində çoxsaylı xəsarət alanlar var.

en ru

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərinin mərkəzində silahlı hücum qeydə alınıb. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, çox sayda insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Yaralılar arasında 3 əməkdaşının da olduğu bildirilir. Hadisə yerinə dərhal təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Minnesota ştatının qubernatoru Tim Uolz hesabında hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, ştat rəsmiləri Minneapolisin mərkəzində baş verən hücuma müdaxilə edir və yerli hüquq-mühafizə orqanlarına dəstək göstərirlər.

Qubernator yeni məlumatlar əldə olunduqca ictimaiyyətin məlumatlandırılacağını qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…