Əsas məzmuna keç

İsveçdə liseyə qılınclı hücum: bir neçə nəfər yaralandı

İsveçdə liseyə qılınclı hücum: bir neçə nəfər yaralandı

İsveçin Fagersta şəhərində yerləşən təhsil müəssisələrindən birində baş verən insident nəticəsində çoxsaylı xəsarət alanların olduğu bildirilir.

en ru

İsveçin mərkəzi hissəsində Fagersta şəhərindəki liseylərdən birində qılıncla silahlanmış şəxsin hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra əraziyə qüvvələri cəlb edilib.

Yerli polis idarəsinin məlumatına görə, hücumu törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Hazırda hadisə yerində genişmiqyaslı araşdırma aparılır. Polis əməkdaşları təhlükəsizlik tədbirləri çərçivəsində vətəndaşları qurulan barikatlara riayət etməyə və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.

İsveçin ədliyyə naziri Gunnar Strömmer “Reuters” agentliyinə açıqlamasında hökumətin hadisə ilə bağlı polis qüvvələri ilə sıx əlaqədə olduğunu bildirib.

Nazirin sözlərinə görə, Fagerstadakı ciddi barədə hökumət məlumatlandırılıb və hüquq-mühafizə orqanları bütün imkanlarını səfərbər edərək araşdırmanı davam etdirirlər.

Hələlik yaralananların dəqiq sayı və onların səhhəti barədə ətraflı məlumat açıqlanmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…