Əsas məzmuna keç

Fransada dəhşətli hadisə: Sürücü avtomobili piyadaların üzərinə sürdü

Fransada dəhşətli hadisə: Sürücü avtomobili piyadaların üzərinə sürdü

Fransanın şimalında baş verən insident nəticəsində bir neçə nəfər xəsarət alıb, şübhəli şəxs qısa müddətdə saxlanılıb.

en ru

Fransada vağzalının qarşısında avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində baş verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hadisə yerli vaxtla saat 22:15 radələrində qeydə alınıb. İlkin məlumata görə, sürücü avtomobili qəsdən piyadaların üzərinə sürüb. İnsidentdən əvvəl ərazidə tərəflər arasında mübahisə və dava baş verdiyi bildirilir.

Şəhər polis idarəsinin məlumatına əsasən, zərərçəkənlərin hamısı 17-40 yaş arası kişilərdir. Hadisədən sonra ərazidən qaçan sürücü təxminən 20 kilometr məsafədə Ouistreham şəhərində polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin 26 yaşlı, Rusiya əsilli gənc olduğu müəyyən edilib. İstintaqın ilkin məlumatlarına görə, onun kəşfiyyat orqanlarının nəzarətində olmadığı və əvvəllər yalnız qaydalarını pozduğuna görə polis qeydiyyatına düşdüyü bildirilib.

Prokurorluq faktla bağlı açıb. Şübhəli şəxsə qəsdən adam öldürməyə cəhd və ağırlaşdırılmış hücum maddələri ilə ittiham irəli sürülüb.

Rəsmi qurumlar araşdırmanın davam etdiyini və istintaqın ilkin mərhələdə olduğunu açıqlayıb. Mövcud sübutlara əsasən, hadisənin terror aktı ilə əlaqəli olmadığı bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…