Əsas məzmuna keç

"Biz İkinci Dünya müharibəsindən bəri ən böyük hücuma hazır idik"

"Biz İkinci Dünya müharibəsindən bəri ən böyük hücuma hazır idik"

Donald Tramp İrana qarşı planlaşdırılan hərbi müdaxilənin son anda dayandırılmasının səbəblərini açıqladı. Vaşinqtonun nüvə proqramı və neft qiymətləri ilə bağlı mövqeyi nədir?

en ru

ABŞ Prezidenti ötən həftənin sonunda İrana qarşı İkinci müharibəsindən bəri ən böyük əməliyyatlardan birinin keçirilməsinə hazırlaşdıqlarını, lakin son anda bu planı ləğv edərək yeni danışıqlar mərhələsinə razılıq verdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Biz İkinci Dünya müharibəsindən bəri ən böyük hücuma hazır idik. Amma onlar mənə zəng edib dedilər: “Xahiş edirik, bunu etməyin. Gəlin danışaq", - Tramp bildirib.

ABŞ Prezidenti diplomatik həll yoluna üstünlük verdiyini vurğulayaraq, yeni əməliyyatlar əvəzinə razılaşmanın əldə olunmasının daha məqsədəuyğun olduğunu qeyd edib. Bununla yanaşı, Vaşinqtonun əsas mövqeyinin dəyişmədiyini bildirib.

"Mən razılaşma əldə etməyi üstün tuturam, çünki insanların ölməsini istəmirəm. Amma İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz", - Tramp əlavə edib.

O həmçinin İran ətrafındakı böhranın həllindən sonra neft və benzinin qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdıraraq, mümkün razılaşmanın ABŞ istehlakçıları üçün də müsbət nəticələr verəcəyini bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…