Əsas məzmuna keç

Çin ABŞ-nin Maduroya qarşı addımlarına sərt etiraz etdi

Çin ABŞ-nin Maduroya qarşı addımlarına sərt etiraz etdi

Pekin XİN rəsmisi Lin Cian Nikolas Maduro və xanımı ilə bağlı iddiaları sərt tənqid edib. Latın Amerikasında sabitliyi pozan bu addımların təfərrüatı xəbərimizdə.

en ru

Venesuela Prezidenti Maduro və onun həyat yoldaşının ABŞ-də saxlanılması ilə bağlı iddialara reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin brifinq zamanı danışıb.

O bildirib ki, Pekin bu cür addımlara qəti şəkildə qarşıdır və onları hüququn pozulması kimi qiymətləndirir.

Lin Cian qeyd edib ki, ABŞ-nin bu cür hərəkətləri Venesuelanın suverenliyinə zərbə vurur və Latın Amerikası ilə Karib regionunda sabitliyə təhlükə yaradır.

Çin rəsmisi vurğulayıb ki, Pekin Venesuelanın suverenliyini, milli ləyaqətini və qanuni hüquqlarını qorumaq səylərini bundan sonra da dəstəkləyəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…