Əsas məzmuna keç

Donald Tramp öz varisini seçdi: Vensə dəstək çağırışı

Donald Tramp öz varisini seçdi: Vensə dəstək çağırışı

ABŞ Prezidenti Donald Trampın növbəti seçkilərdə öz yerinə məhz Cey Di Vənsi görmək istədiyi bildirilir.

en ru

ABŞ Prezidenti Trampın öz siyasi varisi kimi Cey Di Vensi seçdiyi iddia olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, iyul ayının ikinci yarısında Ağ Evin Oval kabinetində donorlarla keçirdiyi qapalı görüşdə Cey Di Vensin namizədliyini dəstəklədiyini bildirib. O, görüş iştirakçılarına müraciət edərək, "Nəticə etibarilə, biz Cey Dini seçməliyik" ifadəsini işlədib və donorları Vənsi dəstəkləməyə çağırıb.

Bildirilib ki, bu mövqe Trampın ictimai çıxışlarında nümayiş etdirdiyi ritorikadan fərqlənir. Belə ki, o, açıq çıxışlarında Respublikaçılar Partiyasında Marko Rubio arasında namizədlik uğrunda rəqabətin davam etdiyi görüntüsünü yaradır.

Qeyd edək ki, daha əvvəl də Donald Trampın 2028-ci il seçkilərində öz siyasi varisi kimi Cey Di Vensə üstünlük verdiyi barədə məlumatlar yayılmışdı. "The Washington Post"un son məlumatı isə bu iddiaları yenidən gündəmə gətirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…