Əsas məzmuna keç

Peskov bu iddiaları rədd etdi

Peskov bu iddiaları rədd etdi

Kremlin rəsmisi Kiyevin müharibəni davam etdirmək üçün Qərbdən təzyiq gördüyünü açıqlayıb. Bəs Rusiya İranın Yaxın Şərqdəki hərbi bazalara hücumları ilə bağlı nə deyir?

en ru

" böhranının həlli ilə bağlı danışıqlara açıqdır".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri deyib.

Onun sözlərinə görə, Kiyev Avropa ölkələri tərəfindən müharibəni davam etdirməyə təşviq olunur və bu səbəbdən Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir.

O qeyd edib ki, buna baxmayaraq Ukrayna böhranının diplomatik yolla həlli istiqamətində yeni dinamika və irəliləyiş müşahidə olunmur.

"ABŞ ilə mövcud kanallar vasitəsilə dialoqu davam etdiririk. Ümid edirik ki, amerikalı nümayəndələr vaxt taparaq Moskvaya gələcək və danışıqlar davam edəcək", - Peskov bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə hazırdır.

"Biz danışıqlara açığıq. Lakin Kiyev rəhbərliyi Avropa ölkələri tərəfindən müharibəni davam etdirməyə sövq edilir. Belə şəraitdə biz xüsusi hərbi əməliyyatı davam etdiririk", - o əlavə edib.

Peskov ABŞ ilə arasında nüvə əməkdaşlığı sazişini də şərh edərək bildirib ki, həm İranın, həm Səudiyyə Ərəbistanının, həm də digər ölkələrin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var.

O, həmçinin Rusiyanın İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına mümkün hücumları üçün texniki dəstək və kəşfiyyat məlumatı verdiyinə dair iddiaları da edib.

"Bu cür iddiaları şərh etmək üçün heç bir əsas yoxdur", - Peskov bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…