Perunun Baş naziri Qustavo Adrianzen tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Paytaxt Limada xalqa müraciət edən Adrianzen istefa ərizəsini prezident Dina Boluarteyə təqdim etdiyini bildirib:
"Cənab Prezident, ölkənin maraqlarına uyğun olaraq, bu gün sizə bildirmək istəyirəm ki, Nazirlər Şurasının sədri vəzifəsindən dönməz şəkildə istefa verdim".
Ölkənin çətin anlarında üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirdiyini bildirən Adrianzen qeyd edib ki, bu gün tamamladığımız tarixin səhifələri yalnız övladlarımızın və nəvələrimizin oxuyacağı səhifələrdir. Yalnız bundan sonra ədalət öz yerini tapacaq.