Əsas məzmuna keç

Kolumbiyada andiçmə mərasimi öncəsi terror təhlükəsi: Onlarla ton partlayıcı aşkarlanıb

Kolumbiyada andiçmə mərasimi öncəsi terror təhlükəsi: Onlarla ton partlayıcı aşkarlanıb

Kolumbiya Prezidenti Qustavo Petro, andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində terror aktı hazırlığı barədə xəbərdarlıq edib.

en ru

Prezidenti Petro ölkədə mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə hesabında paylaşım edib.

Məlumata görə, Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq seçilmiş Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində onlarla ton partlayıcı maddənin olduğunu iddia edib.

Bildirilib ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplaşmalar ölkədə fövqəladə vəziyyət elan edilməsi üçün zəmin yaratmaq məqsədilə terror aktları törətməyə hazırlaşa bilər.

Prezident qeyd edib ki, Kali şəhərində böyük həcmdə partlayıcı maddələrin mövcudluğu ilə bağlı məlumat əldə edilib.

Qeyd olunub ki, yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Andiçmə mərasiminin təhlükəsizliyini təmin etmək məqsədilə Kali şəhərində genişmiqyaslı əməliyyat keçiriləcək.

Rəsmi məlumatlara əsasən, mərasim zamanı 11 mindən çox polis və hərbçinin təhlükəsizlik tədbirlərinə cəlb olunacağı bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…