ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu kokain istehsalında iştirak etməkdə ittiham edib və bu ölkəyə qarşı ABŞ əməliyyatının mümkünlüyünü istisna etməyib.
“Operativ Məlumat Mərkəzi – OMM” “RİA Novosti”yə istinadən xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında Kolumbiyadakı vəziyyəti sərt ifadələrlə tənqid edib.
“Kolumbiya da çox xəstədir. Onu kokain istehsal etməkdən və ABŞ-yə satmaqdan zövq alan xəstə bir adam idarə edir. Onun kokain zavodları var və o, bunu uzun müddət görməyəcək. Bu, ABŞ əməliyyatı olacaq”, – deyə Tramp bildirib.
Qeyd olunur ki, ABŞ Prezidentinin bu açıqlamaları Venesuela ətrafında gərginliyin kəskin artdığı bir dövrdə səslənib. Daha əvvəl Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu hədəf alan ittihamlarının əsaslı olmadığını bildirib.
Petronun sözlərinə görə, nə onun, nə də həyat yoldaşı Siliya Floresin adı Kolumbiyada narkotik qaçaqmalçılığı ilə bağlı məhkəmə sənədlərində yer alır. O, bu cür ittihamların siyasi motivli olduğunu və seçki proseslərinə təsir göstərmək məqsədi daşıdığını iddia edib.