Əsas məzmuna keç

Paşinyanın partiyası Ermənistanda seçki nəticələri ilə liderdir

Paşinyanın partiyası Ermənistanda seçki nəticələri ilə liderdir

İrəvanda keçirilən səsvermənin ilkin göstəriciləri açıqlandı. Nikol Paşinyanın siyasi qüvvəsi rəqiblərini geridə qoyaraq ölkədə hakimiyyəti qoruyub saxlayır.

en ru

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 50,25 faizini qazanıb.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,31% səs toplayıb. Keçmiş Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın " Ermənistan" partiyası isə 4,2% səs toplayıb.

Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.

Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…