Əsas məzmuna keç

Güclü Ermənistan MSK-ya 1 rəsmi etiraz ərizəsi təqdim etdi

Güclü Ermənistan MSK-ya 1 rəsmi etiraz ərizəsi təqdim etdi

Samvel Karapetyanın rəhbərlik etdiyi blok parlament səsverməsinin ləğvini tələb edir. Aram Vardevanyan ATƏT-in də tənqid etdiyi seçki pozuntularını açıqladı.

en ru

İş adamı Karapetyanın rəhbərlik etdiyi “Güclü ” blokunun nümayəndələri son seçkilərinin nəticələrinin etibarsız hesab olunması tələbi ilə Mərkəzi Komissiyasına müraciət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici televiziya kanalları məlumat yayıb.

Məlumata görə, blokun nümayəndələri seçki nəticələrinin ləğvi ilə bağlı ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün quruma gəliblər.

“Güclü Ermənistan” blokunun üzvü Aram Vardevanyan bildirib ki, müraciət yalnız səsvermə günü qeydə alınan pozuntularla deyil, ümumilikdə seçki prosesinin gedişi ilə bağlı narazılıqlara əsaslanır.

Onun sözlərinə görə, seçki kampaniyası dövründə və səsvermə zamanı çoxsaylı qanun pozuntuları müşahidə olunub.

Vardevanyan qeyd edib ki, hətta ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qiymətləndirməsinə əsasən, bu seçkilər 2021-ci ildə keçirilən parlament seçkilərindən daha problemli olub.

Bildirilib ki, müxalif blok seçkilərin nəticələrinin yenidən qiymətləndirilməsini və onların etibarsız hesab olunmasını tələb edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…