Əsas məzmuna keç

Paşinyan: Ermənistanın Rus hərbi bazasına ehtiyacı yoxdur

Paşinyan: Ermənistanın Rus hərbi bazasına ehtiyacı yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrüdəki 102-ci Rusiya hərbi bazasının ölkəsinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını bildirib.

ru en

Ermənistanın keçirdiyi mətbuat konfransında Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının gələcək taleyi ilə bağlı diqqətçəkən bəyanatlar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mediası baş nazirin çıxışına istinadən məlumat yayıb.

Məlumata görə, Paşinyan hərbi baza məsələsinin İrəvan tərəfindən deyil, məhz Moskva tərəfindən gündəmə gətirildiyini bildirib. Baş nazir sözügedən hərbi obyektin Ermənistanın təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşımadığını və ölkənin müdafiəsinə əlavə töhfə vermədiyini vurğulayıb.

O, Rusiyanın dost ölkə olduğunu qeyd edərək, rus qoşunlarının ölkədən çıxmaq istəyəcəyi təqdirdə İrəvanın buna mane olmayacağını, qalmaq istədikləri halda isə fəaliyyət şərtlərinin yenidən müzakirə olunacağını diqqətə çatdırıb.

Kollektiv Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində gərginliyin artdığı bir fonda, 1995-ci ildən bəri fəaliyyət göstərən 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı əsas fortpostu sayılır. Rusiya Prezidenti də bir qədər əvvəl oxşar açıqlama verərək, Ermənistanın ehtiyac duymayacağı təqdirdə hərbi kontingentin ölkəni dərhal tərk etməyə hazır olduğunu bəyan etmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…