Əsas məzmuna keç

Pakistanın qaz kəməri terrorçular tərəfindən partladılıb

Pakistanın qaz kəməri terrorçular tərəfindən partladılıb

Harnay bölgəsində yaraqlıların boru xəttinə hücumu Kvetta və Bəlucistanda enerji kəsintisinə səbəb olub. SSGC-nin təmir işləri və son vəziyyətlə tanış olun.

en ru

Pakistanın qərbindəki şəhərində yaraqlıların kəmərini partlatması nəticəsində Kvetta və Yuxarı Bəlucistana qaz təchizatı qismən dayandırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pakistanın "The Express Tribune" qəzetinin məlumatında deyilir.

Partlayış nəticəsində yerli şirkəti "Sui Southern Gas Company"yə (SSGC) məxsus qaz kəmərinin borusu zədələnib.

Şirkətin nümayəndəsi qəzanı təsdiqləyərək bildirib ki, hadisə yerinə gələn mütəxəssislər qaz təchizatını dayandırıb və yanğını söndürüblər. Lakin qaz tamamilə sıradan çıxıb.

SSGC-nin nümayəndəsi bəyan edib ki, kəmərinin zədələnmiş hissəsinin təmirinə hüquq-mühafizə orqanlarından icazə alındıqdan sonra başlanılacaq.

Təmir işlərinin 12-24 saat davam edəcəyi və bundan sonra qaz təchizatının bərpa olunacağı gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…