"Mançester Yunayted" Yan Oblakı növbəti mövsüm üçün əsas transfer prioriteti kimi müəyyənləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Mançester Siti" də onu Ederson üçün potensial əvəzləyici kimi görür.
Sloveniyalının "Atletiko" ilə müqaviləsinin 2028-ci ilə qədər olmasına baxmayaraq, Madrid rəhbərliyi onun transferinə mane olmayacaq.
Müqavilə üçün minimum ödənişin 30 milyon avro olduğu bildirilir ki, bu da “Yunayted” üçün məqbul məbləğdir.
Onu da əlavə edək ki, bu mövsüm 32 yaşlı qolkiper “Atletiko”nun heyətində bütün turnirlərdə 36 oyun keçirib, 32 qol buraxıb və 14 oyunda qapısını toxunulmaz saxlayıb.