Əsas məzmuna keç

NİİM: Sükan arxasında telefon istifadəsi qəzaları artırır

NİİM: Sükan arxasında telefon istifadəsi qəzaları artırır

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. Yolda diqqəti yayındıran mobil cihazlar hansı ağır yol-nəqliyyat hadisələrinə səbəb olur?

en ru

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə mərkəzdən məlumat verilib.

Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.

"Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında dayandıqda, qarşıda sıxlığı yarandıqda, texniki nasaz avtomobil qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar".

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…