Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NİİM sürücülərə müraciət edib

2 dəq
Paylaş:
NİİM sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, müraciətdə bildirilib ki, yol- hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur:

"Xüsusilə də svetoforun siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir. Belə sürücülərə bir daha xatırladırıq ki, svetoforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.

Unutmayaq ki, svetoforun siqnallarına riayət etmək “ haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax