“Neftçi” İsrailin “Makkabi Netanya” klubunda çıxış edən hücumçu Matheus Davonu transfer etmək istəyir. Sport24-ə istinadən yayılan məlumata görə, 27 yaşlı braziliyalı futbolçu Bakı klubunun gündəmindədir.
“Neftçi” Davonu yay transfer dönəmində də heyətinə qatmağa çalışıb. Lakin “Makkabi Netanya”nın futbolçu üçün daha yüksək təzminat tələb etməsi keçidin baş tutmasına mane olub.
Buna baxmayaraq, paytaxt klubu hücumçuya marağını qoruyur və qış transfer pəncərəsində onun keçidi ilə bağlı İsrail təmsilçisinə yenidən müraciət edə bilər.
Davo ilə “Makkabi Netanya” arasında bağlanmış müqavilənin müddəti 2027-ci ilin yayında başa çatır. Tərəflər yeni müqavilə barədə razılığa gəlməsələr, İsrail klubu braziliyalı futbolçunu daha aşağı məbləğə satmağa razı ola bilər.
Davo cari mövsümdə İsrail çempionatında beş oyuna çıxaraq dörd qol vurub. Cinah vingeri mövqeyində də oynaya bilən futbolçu ötən mövsüm 29 matçda 11 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.