Əsas məzmuna keç

NATO qırıcıları Rusiya bombardmançılarını Baltikdə izlədi

NATO qırıcıları Rusiya bombardmançılarını Baltikdə izlədi

Baltik dənizində gərginlik: Fransanın Rafale təyyarələri Rusiyanın Tu-22M3 və Su-35 texnikasını izləyib. Litvanın açıqladığı qayda pozuntularının təfərrüatları...

en ru

dənizi üzərində və təyyarələri arasında gərginlik yaşanıb

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də Fransanın “Rafale” qırıcıları İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniya təyyarələri ilə birlikdə Baltik dənizi üzərində Rusiyanın strateji bombardmançılarını müşayiət edib.

Məlumata görə, Rusiya tərəfi uçuş zamanı iki ədəd Tu-22M3 bombardmançı təyyarəsi, eləcə də Su-30 və Su-35 qırıcılarından istifadə edib. "Associated Press"in jurnalisti Litvanın Şyaulyay şəhərində yerləşən aviabazadan Fransaya məxsus təyyarələrin havaya qalxmasını müşahidə edib.

Qeyd olunub ki, Rusiya həmin gün Baltik dənizinin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirildiyini açıqlayıb və uçuşların beynəlxalq qaydalara uyğun olduğunu bildirib.

Nəşrin məlumatına görə, marşrutun bəzi hissələrində Rusiya bombardmançıları xarici qırıcı təyyarələrin müşayiəti ilə uçuş edib.

Litva Müdafiə Nazirliyi isə bildirib ki, 13–19 aprel tarixlərində NATO pilotları Rusiya təyyarələrinin qaydaları pozması səbəbilə dörd dəfə havaya qalxıblar. Bu pozuntular arasında transponderlərin söndürülməsi, uçuş planı olmadan hərəkət və dispetçerlərlə əlaqənin olmaması göstərilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…