Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MV Hondius gəmisində hantavirus yayıldı: 3 nəfər öldü

2 dəq
Paylaş:
MV Hondius gəmisində hantavirus yayıldı: 3 nəfər öldü

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri MV gəmisində alınan yayılmasını aşağı səviyyəli fövqəladə vəziyyət kimi qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilib ki, mövcud status üçün riskin aşağı səviyyədə olduğunu göstərsə də, səhiyyə orqanları vəziyyəti nəzarətdə saxlamaqda davam edir.

Mayın 4-də "World Health Organization" Hollandiyaya məxsus MV Hondius kruiz gəmisində hantavirusun yayılmasının aşkarlandığını açıqlayıb.

Məlumata görə, gəmi Argentinadan Atlantik okeanı vasitəsilə Kabo-Verde adalarına doğru hərəkət edib. Hazırda virusa yoluxanların sayı doqquz nəfərə çatıb, onlardan üçü həyatını itirib.

"The New York" Post yazıb ki, gəmidə ABŞ-nin California ştatından olan də olub.

Hazırda aidiyyəti qurumlar gəmidən endikdən sonra səhiyyə orqanları ilə əlaqə saxlamayan 20-dən çox şəxsi axtarır.

Tibbi nəzarətə cəlb edilən şəxslərdə isə hantavirus simptomlarının müşahidə olunmadığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax