Əsas məzmuna keç

ÜST kruiz gəmisindəki sirli ölümləri araşdırmağa başladı

ÜST kruiz gəmisindəki sirli ölümləri araşdırmağa başladı

MV Hondius gəmisində 3 nəfər öldü. Argentinadan gələn sərnişinlərdə Hantavirus infeksiyası şübhəsi ilə tədqiqat aparılır. Praya limanında gərgin anlar davam edir.

ru en

Ümumdünya Səhiyyə Təşkilatı gəmisində alınan ölüm halları ilə bağlı araşdırmalara başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, təşkilatın açıqlamasında hadisənin infeksiyası ilə əlaqəli ola biləcəyi bildirilib və bununla bağlı laboratoriya və epidemioloji tədqiqatlar aparıldığı qeyd olunub.

Xatırladılıb ki, daha əvvəl "Agence France-Presse" Argentinadan Kolumbiyaya gedən MV kruiz gəmisində ölüm hallarının qeydə alındığını açıqlamışdı. İlkin məlumatlara görə, Atlantik okeanında gəmidə tənəffüs yolları xəstəliyinin yayılması nəticəsində iki nəfər ölüb, daha sonra üçüncü ölüm faktı da təsdiqlənib.

Bildirilib ki, ÜST mütəxəssisləri hadisə ilə bağlı məlumatlandırılıb və infeksiyanın dəqiq səbəbini müəyyən etmək üçün geniş araşdırmalar aparılır. Açıqlamada qeyd olunub: “Əlavə laboratoriya və epidemioloji testlər də daxil olmaqla, ətraflı araşdırma aparılır. Sərnişinlər və heyət tibbi yardım və dəstək alır”.

Məlumata görə, hantavirus infeksiyasının bir halı təsdiqlənib, daha beş şübhəli yoluxma faktı müəyyən edilib. Yoluxan altı nəfərdən üçü həyatını itirib, bir nəfər isə Cənubi Afrikada reanimasiya şöbəsinə yerləşdirilib. Gəmidə simptomları olan digər sərnişinlər də təcrid olunacaq.

Qeyd olunub ki, gəmi hazırda limanında lövbər salıb və sərnişinlərin gəmini tərk etməsinə icazə verilmir. Həkimlər onların müayinəsini gəmi göyərtəsində davam etdirirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…