“Ermənistanda həbs edilən Azərbaycan əsgəri keçmiş prezident Robert Köçəryanla qonşu kamerada saxlanılır”.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə parlamentdəki müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransında bildirib.
Qriqoryan qeyd edib ki, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev İrəvan-Kentron həbsxanasında misli görünməmiş dərəcədə yaxşı şəraitdə saxlanılır. O əlavə edib ki, Ermənistanın ikinci prezidenti qonşu kameradadır və oradakı şərait qeyri-insanidir.