Əsas məzmuna keç

Vladimir Putin həbsdə olan Robert Köçəryanı təbrik edib

Vladimir Putin həbsdə olan Robert Köçəryanı təbrik edib

Rusiya prezidenti Ermənistanın ikinci prezidentinə ünvanladığı təbrik məktubunda ona dözümlülük arzulayıb.

en ru

Prezidenti Ermənistanın ikinci prezidenti Robert Köçəryanı 72 illik yubileyi münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Kremlin məlumatına görə, Putin təbrik teleqramında Robert Köçəryanın Rusiya ilə arasında və müttəfiqlik əlaqələrinin inkişafındakı şəxsi rolunu xüsusi vurğulayıb.

Rusiya lideri məktubunda Robert Köçəryana möhkəm cansağlığı və ruh yüksəkliyi arzulayıb.

Putin, həmçinin, keçmiş prezidentə və onun ailə üzvlərinə hazırda üzləşdikləri çətinliklər qarşısında dözümlü olmağı diləyib.

“Rusiyada sizin ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyiniz şəxsi töhfə unudulmur”, - deyə təbrikdə bildirilib.

Xatırladaq ki, avqustun 25-də Ermənistan hüquq-mühafizə orqanları Robert Köçəryanın, onun oğlu Levonun evlərində, habelə ailəyə məxsus şirkətlərdə axtarışlar aparıb.

Bu əməliyyatlardan sonra Robert Köçəryan və onun böyük oğlu Sedrak həbs ediliblər.

Eks-prezidentə qarşı qanunsuz yolla əmlak əldə etmə ilə bağlı ittihamlar irəli sürülüb.

İstintaqın versiyasına görə, Köçəryan olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, digər şəxslərlə cinayət əlbirliyi qurub və ictimai-iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə ələ keçirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…