Əsas məzmuna keç

Robert Köçəryan barəsində iki aylıq həbs qərarı verildi

Robert Köçəryan barəsində iki aylıq həbs qərarı verildi

Ermənistanın eks-prezidenti ilə bağlı gözlənilən qərar açıqlandı. İrəvan məhkəməsi dövlətə xəyanət və konstitusiya quruluşunu devirmə ittihamı ilə bağlı hökm verib.

en ru

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti haqqında iki ay müddətinə qətimkan tədbiri seçib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə "Sputnik "a istinadən xəbər verir.

R. Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb.

Ermənistan mediası qeyd edib ki, hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən iclas hələ dünəndən başlayıb. Gecə R. Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya çatdırılıb və məsələnin baxılması onun iştirakı olmadan davam edib.

İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…