Əsas məzmuna keç

Robert Köçəryan və oğlu saxlanıldı

Robert Köçəryan və oğlu saxlanıldı

Ermənistanın keçmiş prezidenti və övladının həbsi ilə bağlı şok təfərrüatlar məlum olub. İrəvandakı son hadisələr və cinayət işinin detalları yazımızda.

en ru

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən üzrə aparılan istintaq çərçivəsində altı nəfər, o cümlədən sabiq , onun oğlu Sedrak və cinayət sxemləri ilə əlaqəli olduğu ehtimal edilən digər şəxslər saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Aysor" Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən məlumat yayıb.

"Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir. Zərurət yarandıqda, əlavə məlumat veriləcək", - komitənin açıqlamasında bildirilir.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Sputnik "a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.

Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…