Əsas məzmuna keç

Ebolaya yoluxanların sayı 3748-ə çatdı

Ebolaya yoluxanların sayı 3748-ə çatdı

Konqo Demokratik Respublikasında ölümcül virus sürətlə yayılır. ÜST-ün narahatlıqla qarşıladığı son statistikaya görə, 1657 nəfər həyatını itirib.

ru en

Respublikasında virusuna yoluxanların sayı 3 748-ə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, xəstəlikdən ölənlərin sayı isə 1 657-yə yüksəlib.

Son 24 saat ərzində daha 74 yeni yoluxma faktı alınıb, 36 nəfər həyatını itirib, 42 xəstə isə sağalaraq evə buraxılıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola virusunun yayılmasının davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə etmişdi.

ÜST bəyan edib ki, yoluxma hallarının artması, xəstəliyin yayıldığı ərazilərin genişlənməsi və ölüm göstəricisinin yüksək olaraq qalması ölkədə ictimai səhiyyə sahəsində vəziyyətin sürətlə ağırlaşdığını göstərir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…