Əsas məzmuna keç

Konqoda Ebola qurbanlarının sayı artır

Konqoda Ebola qurbanlarının sayı artır

Konqo Demokratik Respublikasında (KDC) Ebola virusu səbəbindən yaranan epidemiya genişlənir. Rəsmi məlumatlara əsasən, yoluxma hallarının sayı 1708-ə yüksəlib.

en ru

Konqo Respublikasında Ebola virusunun yayılması davam edir. Ölkədə yoluxanların və həyatını itirənlərin sayı artmaqdadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Məlumata görə, ölkədə Ebola virusuna yoluxma hallarının sayı 1708-ə, virus səbəbindən ölənlərin sayı isə 580 nəfərə çatıb.

Bildirilib ki, əsasən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılıb və yeni bölgələrdə də yoluxma halları qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika Regional Ofisi vəziyyəti narahatedici qiymətləndirib. Qurumun məlumatına əsasən, virusun aktiv ocaqlarda intensiv yayılması, eləcə də tibb müəssisələrindən kənarda baş verən ölüm halları epidemiyaya qarşı mübarizəni çətinləşdirir.

Səhiyyə rəsmiləri bildiriblər ki, mövcud epidemiya Ebola virusunun "Bundibugyo" ştamından qaynaqlanır. Bu virus növünə qarşı hazırda təsdiqlənmiş xüsusi müalicə üsulu və ya peyvənd mövcud deyil.

Xatırladaq ki, Konqo Demokratik Respublikasında Ebola epidemiyası mayın 15-də elan olunub. ÜST isə mayın 17-də vəziyyəti beynəlxalq ictimai səhiyyə üçün fövqəladə hal kimi qiymətləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…