ABŞ Prezidenti Çinə planlaşdırılan səfərinin təxirə salınmasını xahiş etdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, açıqlamanı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib və çıxış "LiveNOW from Fox" tərəfindən yayımlanıb.
Qeyd olunub ki, Tramp İrana qarşı hərbi əməliyyatlar səbəbindən Çinin paytaxtı Pekinə səfərini təxminən bir ay təxirə salmağı xahiş etdiyini bildirib.
“Çinlə danışıqlar aparırıq. Getmək istərdim, amma müharibə səbəbindən burada olmaq istəyirəm; hiss edirəm ki, burada olmalıyam. Ona görə də görüşü təxminən bir ay təxirə salmağı xahiş etdik”, – deyə o qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Çinlə münasibətləri çox yaxşı olaraq qalır.
Məlumata görə, səfər əvvəlcə martın 31-dən aprelin 2-dək planlaşdırılmışdı.