Əsas məzmuna keç

Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq

Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq

AAYDA xəbərdarlıq edir: Aprelin 24-dən magistralda hərəkət tam bağlanır. Ağsu-Qaraməryəm marşrutu üzrə alternativ yollar və sürücülər üçün vacib məlumatlar burada.

en ru

Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı–İsmayıllı–Qəbələ yolunun 0–8 km hissəsində aparılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…