Əsas məzmuna keç

Moskvada yaşayış binasında partlayış baş verib, ölənlər var

Moskvada yaşayış binasında partlayış baş verib, ölənlər var

Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib, iki nəfər həlak olub. Bu barədə TASS-a operativ...

Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib, iki nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlər məlumat verib.

"İlkin məlumata görə, partlayış Ryazan prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib. İki nəfər ölüb", - agentliyin həmsöhbəti vurğulayıb.

Onun sözlərinə görə, evdə qazlaşdırılma aparılmayıb. Partlayış nəticəsində binanın birinci mərtəbəsindən dördüncü mərtəbəsinə qədər pəncərə şüşələri sınıb.

Daha sonra Rusiyanın İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.

"Moskvada Ryazan prospektində baş vermiş və iki kişinin ölümü ilə nəticələnmiş hadisə ilə əlaqədar Moskva üzrə Baş İstintaq İdarəsinin orqanları tərəfindən açılıb", - qurumdan bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…