Əsas məzmuna keç

Kozinoğlu istintaqı: Enver Altaylı ifadə vermək üçün məhkəməyə gətirildi

Kozinoğlu istintaqı: Enver Altaylı ifadə vermək üçün məhkəməyə gətirildi

2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən başlanan istintaq davam edir. FETÖ işi üzrə məhkum Enver Altaylı ifadəsinin alınması üçün Silivri Ədliyyəsinə aparılıb.

en ru

Türkiyənin Baş Prokurorluğu 2011-ci ildə Silivri cəzaçəkmə müəssisəsində vəfat edən keçmiş Milli İstihbarat Təşkilatının (MİT) rəsmisi Kaşif Kozinoğlunun ölümü ilə bağlı realllaşdırılan tədbirlərini davam etdirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının rəsmi mənbələri məlumat yayıb.

İstintaq çərçivəsində səhhətindəki problemlər səbəbindən daha əvvəl dindirilməsi təxirə salınan keçmiş kəşfiyyatçı və FETÖ işi üzrə məhkum edilmiş şübhəli qismində dindirilmək üçün tutulduğu cəzaçəkmə müəssisəsindən Silivri Ədliyyəsinə gətirilib. Onun prokurorluqda ifadəvermə prosesi davam edir.

12 noyabr 2011-ci ildə Silivri 1 saylı L tipli qapalı cəzaçəkmə müəssisəsində səhhəti anidən pisləşdikdən sonra Silivri Dövlət Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. Həmin dövrdə aparılan araşdırmalardan sonra 10 aprel 2012-ci ildə iş üzrə təqibə xitam verilsə də, Ədliyyə Nazirliyinin İşlənmiş cinayətlərin araşdırılması idarəsi dosyeni yenidən inceleməyə götürüb.

Silivri Sülh Cinayət Hakimliyinin 26 avqust 2026-cı il tarixli qərarı ilə əvvəlki xitam ləğv olunub, iş üzrə məxfilik qərarı qəbul edilərək xüsusi istintaq qrupu yaradılıb.

Kozinoğlunun dəqiq ölüm səbəbini və üçüncü şəxslərin əlinin olub-olmadığını müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə fəthi-qəbir (qəbrin açılması) prosesi keçirilib və ekspertizalar aparılıb. İstintaq çərçivəsində keçmiş Silivri Baş Prokuroru Ali İşgören, həbsxana prokuroru Necip Doğan və eks-jurnalist Osman Arslan həbs edilib. Kozinoğlunun kamera yoldaşları Hasan Ataman Yıldırım və Hasan Atilla Uğur haqqında ev dustaqlığı, digər bəzi məsullar barəsində isə xaricə çıxış qadağası tətbiq olunub. Eyni zamanda, “Kurtlar Vadisi Pusu” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan da məlumatlı şəxs qismində prokurorluğa çağırılaraq ifadələri alınıb.

Qeyd edək ki, "silahlı terror təşkilatına üzv olmaq" və "siyasi və hərbi casusluq" ittihamları ilə 23 il 4 ay azadlıqdan məhrum edilən Enver Altaylının cəzası 2024-cü ildə ali məhkəmə tərəfindən təsdiqlənmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…