Əsas məzmuna keç

Kaşif Kozinoğlunun ölümü ilə bağlı 4 şübhəli barəsində qərar verildi

Kaşif Kozinoğlunun ölümü ilə bağlı 4 şübhəli barəsində qərar verildi

Türkiyədə MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə bağlı araşdırma çərçivəsində 3 nəfər saxlanılıb, bir şəxsin axtarışı davam etdirilir.

en ru

Milli İstihbarat Təşkilatının (MİT) keçmiş məsul əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada müammalı şəkildə vəfat etməsi ilə bağlı aparılan istintaq çərçivəsində Baş Prokurorluğu 4 nəfər barəsində çıxarıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə hüquq-mühafizə orqanları rəsmi məlumat yayıb.

Məlumata görə, yenidən qaldırılan iş çərçivəsində Kozinoğlunun həbsxanadakı palata yoldaşları və hadisə baş verən dövrdə vəzifədə olmuş məsul şəxslər araşdırmaya cəlb edilib. Qərar həmin dövrdə Silivri Respublika Baş Prokuroru işləmiş şəxs, həbsxana prokuroru və mərhumla eyni kamerada qalmış iki nəfəri əhatə edir.

17 sentyabr 2026-cı il tarixində İstanbul İl Jandarma Komandanlığı tərəfindən İstanbul və Ankara şəhərlərində eyni vaxtda təşkil edilən zamanı dönəmin Silivri Respublika Baş Prokuroru Əli İşgören, həbsxana prokuroru Nəcib Doğan və palata yoldaşı Həsən Ataman Yıldırım saxlanılıblar. Barəsində həbs qətimkan tədbiri seçilmiş digər palata yoldaşı Həsən Atilla Uğurun tutulması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…