Əsas məzmuna keç

Kaşif Kozinoğlunun saç və dırnaq nümunələrində toksik maddə aşkarlanıb

Kaşif Kozinoğlunun saç və dırnaq nümunələrində toksik maddə aşkarlanıb

Türkiyədə aparılan araşdırmanın ilkin laboratoriya və yarılma hesabatında Kaşif Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda toksik maddə müəyyən edilib. Qəti ölüm səbəbi barədə yekun rəyin məhkəmə-tibb qurumunun üst şurası tərəfindən hazırlanması gözlənilir.

en ru

Silivri Baş Prokurorluğunun Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş məxfi əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümünün qəti səbəbini və üçüncü şəxslərin iştirakını müəyyənləşdirmək məqsədilə başladığı istintaqda sensasion detal üzə çıxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, araşdırmalar çərçivəsində bir neçə ay əvvəl məzarı açılaraq götürülən nümunələr üzərində Məhkəmə-Tibb Qurumu tərəfindən aparılan ilkin yoxlamalar başa çatb.

Hazırlanan ilkin laboratoriya və yarılma hesabatına əsasən, Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda toksik maddə aşkarlanıb. Məzar torpağından götürülən nümunələrdə isə heç bir zəhərli maddə müəyyən edilməyib. Müayinələrin yekun qiymətləndirməsini özündə əks etdirən Məhkəmə-Tibb Qurumunun Üst Şurasının rəsmi hesabatının tezliklə prokurorluğa təqdim olunacağı gözlənilir.

Məxfilik pərdəsi arxasında aparılan istintaq çərçivəsində daha əvvəl, hadisə baş verən dövrdə Silivri Baş Prokuroru olmuş Ali İşgören və həbsxana prokuroru Necip Doğan da daxil olmaqla, ümumilikdə 9 şübhəli şəxs həbs olunub.

Qeyd edək ki, MİT-in Asiya üzrə əsas fiqurlarından sayılan Kaşif Kozinoğlu 12 noyabr 2011-ci ildə Silivri 1 saylı L tipli qapalı həbsxanasında kamerada səhhəti anidən pisləşdikdən sonra xəstəxanaya çatdırılsa da, həyatını itirmişdi. O zaman ilkin rəsmi açıqlamalarda ölüm səbəbi kimi infarkt göstərilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…