Əsas məzmuna keç

Moskva Vaşinqtonla dialoqa hazırdır: “Prinsipial mövqeyimiz dəyişmir”

Moskva Vaşinqtonla dialoqa hazırdır: “Prinsipial mövqeyimiz dəyişmir”

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov rəsmi Moskvanın Vaşinqtonla danışıqlara hazır olduğunu, lakin prinsipial mövqelərindən geri çəkilməyəcəyini bildirib.

en ru

ABŞ ilə dialoq qurmaqda maraqlıdır və bu istiqamətdə təmasları davam etdirməyə hazırdır. Bununla belə, Moskva özünün mövqelərindən geri çəkilmək niyyətində deyil.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu Rusiya nazirinin müavini Sergey “News.ru” portalına müsahibəsində bildirib.

Ryabkov ABŞ Marko Rubionun Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni ideyaların irəli sürülməsinin zəruriliyi barədə açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, əgər Vaşinqtonun nəzərdə tutduğu səylər yeni təkliflərin dinlənilməsindən ibarətdirsə, Moskva bunun üçün hazırdır.

Rusiya rəsmisi qeyd edib ki, Rusiya və ABŞ administrasiyaları, eləcə də xüsusi xidmət orqanları arasında sistemli təmaslar davam edir.

Ryabkovun sözlərinə görə, Vaşinqtonla dialoqa açıq olmaq Rusiyanın strateji xəttindən imtina etdiyi anlamına gəlmir.

O əlavə edib ki, zaman faktoru Kiyev və Avropa İttifaqı ölkələrinin əleyhinə işləyir və tərəflər mövcud reallıqlarla hesablaşmalı olacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…