Əsas məzmuna keç

Milana Rəhimovanın çıxış etdiyi “Riga FC Women” Latviya Kubokunu qazandı

Milana Rəhimovanın çıxış etdiyi “Riga FC Women” Latviya Kubokunu qazandı
— Foto: idman.biz

“Riga FC Women” finalda “RFS Women”i 3:0 hesabı ilə məğlub edib. Azərbaycan millisinin futbolçusu Milana Rəhimova komandanın kuboku qazanmasına kömək edib.

en ru

Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Milana Rəhimovanın çıxış etdiyi “Riga FC Women” Latviya Kubokunun qalibi olub. Riga təmsilçisi finalda “RFS Women”ə 3:0 hesabı ilə qalib gəlib.

Riqadakı “LNK Sporta Parks” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra “Riga” üstünlüyünü qollara çevirib: Şiori Kato 51-ci dəqiqədə hesabı açıb, Karen Boliva isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə vurulan qol oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, “Riga FC Women” Latviya Kubokunu ardıcıl ikinci dəfə qazanıb. Milana Rəhimova komandasının finala yüksəlməsində də iştirak edib.

Azərbaycanlı futbolçu sentyabrın 19-da “Metta” ilə keçirilən yarımfinal qarşılaşmasının 13-cü dəqiqəsində fərqlənib. Həmin görüş “Riga”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…