Əsas məzmuna keç

“Sabah” – “Borussiya” oyununu ispaniyalı hakimlər idarə edəcək

“Sabah” – “Borussiya” oyununu ispaniyalı hakimlər idarə edəcək
— Foto: Report.az

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək qarşılaşmaya Xavyer Alberola Roxas baş hakim təyin olunub.

en ru

“Sabah” və Dortmund “Borussiya”sı arasında UEFA Çempionlar Liqasının mərhələsinin III turunun oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FIFA referisi Alberola Roxas olacaq. Ona Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.

VAR-da Sesar Soto Qrado, AVAR-da isə Valentin Qomes çalışacaq. Oktyabrın 20-də Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Xatırladaq ki, avqustun 29-da açıqlanan təqvimə əsasən, “Sabah” oktyabrın 20-də Bakıda Dortmund “Borussiya”sını qəbul edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…