“Sabah” və “Barselona” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun oyunu üçün indiyədək 62 min bilet alınıb.
Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.
Kontekst
Noyabrın 16-da açıqlanan məlumata görə, həmin qarşılaşma üçün 50 min bilet satılmışdı.