Əsas məzmuna keç

Sabah hava dəyişir: Külək, yağış və şimşək gözlənilir

Sabah hava dəyişir: Külək, yağış və şimşək gözlənilir

Milli Hidrometeorologiya Xidməti paytaxtda və bölgələrdə atmosfer təzyiqinin yüksələcəyini, temperaturun 30 dərəcəyədək artacağını proqnozlaşdırır.

en ru

Azərbaycanda oktyabrın 19-da gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. təzyiqi 759 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağacağı, çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Hava proqnozu

24° Bakıda indiAz buludlu
  1. Bu gün Günəşli 25° 21°
  2. Sabah Günəşli 21° 19°
  3. Birigün Tutqun 21° 18°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…