Operativ Məlumat Mərkəzi

"Məsafəyə görə ödəniş sisteminə hazır deyilik" - Ekspert açıqladı

2 dəq
Paylaş:
"Məsafəyə görə ödəniş sisteminə hazır deyilik" - Ekspert açıqladı

“Bakı Metropoliteni” QSC gələcəkdə gediş haqqının differensial – yəni məsafəyə görə dəyişən qaydada tətbiq oluna biləcəyini açıqlayıb.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov məsafəyə görə ödəniş sisteminin Azərbaycanda metropolitendə tətbiqinin hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə infrastruktur və texniki imkanlar tam formalaşmadığından məsafəyə əsaslanan tarif mexanizmi real görünmür.

Ekspert qeyd edib ki, hazırda Nizami metrosu ilə 28 May metrosu arasında xəttlərin ayrılması və tənzimlənməsi ilə bağlı müxtəlif variantlar müzakirə olunur və bu prosesin ən azı bir il–il yarım davam edəcəyi gözlənilir.

Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL

Aslan Əsədov deyib ki, məsafəyə görə tarif sistemi əsasən çoxsaylı stansiya və geniş metro şəbəkəsi olan şəhərlərdə tətbiq edilir:

“70, 80 və ya 50 stansiyası olan metrosistemlərində birinci stansiyadan sonuncuya qədər olan məsafə uzun olduğu üçün ödəniş də buna uyğun hesablanır. Məsələn, 28 Maydan Müşfiq stansiyasına metro ilə bir stansiya getmək 30–60 qəpiyə başa gəlirsə, həmin məsafəni taksi ilə getmək ən azı 10 manatdır. Orada məsafə ilə tarif ‘başabaş’ deyilən prinsiplə uyğunlaşdırılır. Bu sistemə uyğunluq vacibdir”.

Ekspert əlavə edib ki, məsafəyə görə ödəniş sisteminin tətbiqi üçün əvvəlcə infrastruktur buna hazır olmalı, bütün texniki və təşkilati məsələlər həll edilməlidir:

“Hazır olmadıqda bu barədə danışmaq və ya onun real şəkildə həyata keçirilməsi qeyri-mümkün görünə bilər”.

Əsədov vurğulayıb ki, məsələ hazırda Azərbaycanın nəqliyyat sistemi üçün aktual olmağına baxmayaraq, yaxın 1–1,5 il ərzində bu mexanizmin tətbiqi gözlənilmir.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər