Əsas məzmuna keç

Emin Ağalarov Bakıda ilk kazinonun açılış tarixini açıqladı

Emin Ağalarov Bakıda ilk kazinonun açılış tarixini açıqladı

Xəzər dənizinin Azərbaycan sektorunda, Sea Breeze ərazisindəki 90 min kv.m-lik Royale Casino-da 12 VIP zal və poker turnirləri üçün xüsusi məkan olacaq.

en ru

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" "Vesti"yə istinadla xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi və təsisçisi, "Agalarov Development" şirkətinin prezidenti məlumat verib.

"Royale Casino"nun tikintisi sürətlə davam edir. Kazino 2027-ci ilin mayında açılacaq", - deyə E.Ağalarov bildirib.

Qeyd olunub ki, 90 min kvadratmetr sahəsi olan kazino Xəzər dənizinin sektorunda, "Sea Breeze" ərazisində yaradılan süni yarımadada inşa edilir. Binanın hündürlüyü 35 metr olacaq.

Kazinoda 12 VIP zalı və beynəlxalq poker turnirlərinin keçirilməsi üçün nəzərdə tutulan əsas zal fəaliyyət göstərəcək. 21 yaşına çatmamış şəxslərin kazinoya girişinə icazə verilməyəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…