Mərakeşin xarici işlər naziri Nasir Burita ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsindəki vəziyyətin tənzimlənməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib və əldə olunan razılaşmanın şərtlərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Qəzzada atəşkəsin əldə olunması və humanitar yardımın çatdırılması məqsədilə ABŞ Prezidenti Trampın göstərdiyi səyləri yüksək qiymətləndiririk . Ümid edirik ki, razılaşmanın bütün şərtləri və əldə olunmuş razılaşmalar yerinə yetiriləcək”, - o qeyd edib.