Əsas məzmuna keç

"Mədəniyyət haqqında" qanuna dəyişiklik ilk oxunuşda qəbul edildi

"Mədəniyyət haqqında" qanuna dəyişiklik ilk oxunuşda qəbul edildi

Milli Məclisdə yaradıcı sənaye üçün yeni maliyyə imkanları təsdiqləndi. Qrant müsabiqələrində QHT-lərlə yanaşı fiziki şəxslər də iştirak edə biləcək. Təfərrüatlar burada.

en ru

sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydasını ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Mədəniyyət haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda qeyd edilib ki, "Qrant haqqında" qanuna əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən mövcud qaydalar mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.

Layihəyə əsasən, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, hüquqi şəxslərin digər növləri və fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiqi zəruridir. Bu zərurət nəzərə alınaraq, "Mədəniyyət haqqında" qanuna müvafiq dəyişiklik təklif edilib.

Sənəddə vurğulanıb ki, qanunvericilikdə yaradıcı ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə dəqiq anlayış verilməyib. Halbuki, "mədəni və yaradıcı sənaye" ifadəsindən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında və " Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasında istifadə edilib.

Bu xüsusda, layihədə "mədəni və yaradıcı sənaye" anlayışının da təsbit edilməsi nəzərdə tutulur. Müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…