Əsas məzmuna keç

"Mədəniyyət haqqında" qanun dəyişdi

"Mədəniyyət haqqında" qanun dəyişdi

Milli Məclis yaradıcı sənaye və qrant maliyyələşdirilməsi ilə bağlı mühüm yenilikləri təsdiqlədi. Fiziki və hüquqi şəxslər üçün hansı imkanlar açılır? Detallar:

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

sahəsində maliyyələşdirilməsi üzrə yeni qaydalar təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Məclisin bugünkü iclasında "Mədəniyyət haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunaraq son oxunuşda qəbul edilib.

Mədəniyyət Sahəsində Qrant Qaydaları Necə Dəyişir?

Qeyd edilib ki, "Qrant haqqında" qanuna əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməyib. Lakin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən qaydalar indiyədək mədəniyyət sahəsində yalnız QHT-lər (Qeyri-hökumət təşkilatları) üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirirdi.

Yeni layihəyə əsasən, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, digər növ hüquqi şəxslər və fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir. Bunlar nəzərə alınaraq, müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə "Mədəniyyət haqqında" qanuna dəyişiklik təklif edilib.

"Mədəni və Yaradıcı Sənaye" Anlayışı Qanuna Salınır

Sənəddə vurğulanıb ki, sözügedən qanunda yaradıcı ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə indiyədək hüquqi anlayış verilməyib.

"Mədəni və yaradıcı sənaye" ifadəsindən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında, " Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyası"nda və digər sənədlərdə istifadə edilib. Bu xüsusda, layihədə sözügedən anlayışın da təsbit edilməsi nəzərdə tutulur.

Yeni Qaydaları Kim Tənzimləyəcək?

Müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…