“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz komandanın müdafiəçisi Leni Yoronun çıxışını tənqid edib. O, bu fikirləri “Liverpul”a qarşı səfərdə 0:4 hesabı ilə uduzduqları oyundan sonra səsləndirib.
Fransalı futbolçu matçın 8-ci dəqiqəsində Aleksandr İsakın qarşısında qayda pozuntusuna görə meydandan qovulub. Bundan sonra “Mançester Yunayted” azlıqda qalıb. İngiltərə Futbol Assosiasiyası klubun apellyasiyasını təmin edərək Yoronun bir oyunluq cəzasını ləğv edib.
Skoulz 21 yaşlı müdafiəçinin hazırkı oyun səviyyəsinin Premyer Liqa üçün yetərli olmadığını deyib. “Premyer Liqa indi onun üçün açıq-aydın ağırdır. O, çox pis təşkilatlanmış müdafiə xəttində oynayır. Van Deyklə yanaşı olsaydı, bəlkə daha yaxşı görünərdi, amma Premyer Liqa səviyyəsinə çatmır. O, faraların işığında qalmış dovşan kimidir”, – Skoulz “The Good, The Bad and The Football” podkastında bildirib.
“Mançester Yunayted” Yoronu 2024-cü ildə “Lill”dən təxminən 60 milyon funt-sterlinqə transfer edib.