“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə Premyer Liqasındakı vəziyyəti barədə danışıb. O, bunu “Liverpul”a qarşı debüt matçında 0:4 hesablı məğlubiyyətdən sonra deyib.
11 turdan sonra 8 xalı olan “Mançester Yunayted” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Komandanın sağ qalmaq uğrunda mübarizə aparıb-aparmadığı barədə suala Poçettino belə cavab verib: “Bu, bizim reallığımızdır, elə deyilmi? Bəli, biz bu mübarizəni aparırıq. Bu, bizim reallığımızdır. Matçlarda qalib gəlməliyik”.