Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa özünü qorumaq üçün kifayət qədər vəsaitə malik deyil və təhlükə qarşısındadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun açıqlamaları siyasətçinin "YouTube" kanalında dərc olunub.
“Əgər hadisələrə obyektiv baxsanız, biz avropalıların özümüzü qorumaq üçün kifayət qədər vasitələri yoxdur”.
Onun sözlərinə görə, Avropa hərbi və geosiyasi təhlükədədir.
O qeyd edib ki, təhlükə "nüvə silahı və Avropa ərazisinə çata bilən raketlərə malik" tərəflərdən biri olan Ukraynadakı münaqişədən qaynaqlanır.
O, həmçinin qeyd edib ki, “ruslar irəli getsələr” Avropa Rusiya Federasiyasını cilovlamaq üçün tədbirlər görməlidir.