Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Budapeşt bəzi Avropa ölkələrinin nüvə silahı ilə bağlı bəyanatlarından narahatdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Siyarto vurğulayıb ki, Macarıstan NATO qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir. Bundan əlavə, Budapeşt bütün Avropa ölkələrini Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün addımlar atmağa çağırır.