Əsas məzmuna keç

Los-Ancelesdə baş verən yanğınlarda 10 nəfər həlak olub

Los-Ancelesdə baş verən yanğınlarda 10 nəfər həlak olub

Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub. Bu barədə məhkəmə-tibbi ekspertiza xidməti məlumat verib. "Həlak olanların...

Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" NBC news telekanalına istinadən xəbər verir ki, bu barədə məhkəmə-tibbi ekspertiza xidməti məlumat verib.

"Həlak olanların kimliyinin müəyyənləşdirilməsi prosesi bir neçə həftə bilər, çünki məhkəmə-tibbi ekspertiza departamenti şəraiti və təhlükəsizlik səbəbləri ilə əlaqədar müəyyən ərazilərə girişi əldə edə bilmir", - qurumun məlumatında vurğulanıb.

Los-Anceles dairəsinin şerifi Robert Luna xəbərdarlıq edib ki, yanğınlar davam etdiyi üçün nə qədər insanın həlak ola biləcəyi hələ məlum deyil:

“Ölümlərin araşdırılması üzrə qruplar bu ərazilərə daxil ola bilməyənə qədər həlak olanların dəqiq sayı məlum olmayacaq”

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…